4 Aprel 2023 11:36
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmkarımız Fazil Mustafaya qarşı törədilmiş terror aktı bütün dünya tərəfindən görüldü, qınanıldı.

Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, martın 25-də Azərbaycan Ordusu Laçın istiqamətində yüksəklikləri nəzarətə götürdü:

"Ondan bir neçə gün sonra millət vəkili Fazil Mustafaya qarşı terror aktı törədildi. Düşünürəm ki, bu məsələlər arasında bir bağlılıq mövcuddur. Ancaq Azərbaycanı bu cür cəhdlərlə qorxutmaq mümkün deyil".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər