Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) Ankarada keçirilən sessiyasında Ermənistanın mina terrorunu davam etdirdiyini, etnik zəmində qarşıdurmanı təşviq etdiyini, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə təxribatlar törətdiyini nəzərə çatdırdım”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bugünkü iclasında bildirib.
Sahibə Qafarova çıxışında erməni təxribatların qarşısının alınması üçün Laçın yolunda sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurduğunu və görülən işləri vurğuladığını da deyib.
Spiker TürkPA-nın növbəti sessiyasının gələn ilin may-iyun aylarında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildiyini bildirib.