4 May 2023 19:00
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Zaur müəllim, Vaşinqtonda Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında gedən danışıqlarla bağlı ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan əldə edilən irəliləyişi alqışlayıb və dialoqun davam etdirilməsini təşviq edən açıqlama verib. Bu nəticələrə nə dərəcədə optimist yanaşmaq olar?

- Ötən gün Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla həm təkbətək, həm də üçtərəfli görüşü baş tutdu. Eyni zamanda hər iki Xarici İşlər Nazirlikləri tərəfindən bəyanatlar səsləndirilib. Azərbaycan və Ermənistan liderləri tərəfindən də bu və yaxud digər şəkildə bəyanatlar yer alıb. Bu fikirləri ümumiləşdirsək qeyd edə bilərik ki, Vaşinqton görüşündən gözləntilər böyük idi. Məhz ABŞ-da görüşlərin bir neçə gün davam etməsi Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına dair məsləhətləşmələrdən söhbət gedirdi. Sülh müqaviləsi imzalanmazdan əvvəl bu məsələnin həlli gözlənilirdi. Eyni zamanda burada çox vacib parametrlər də müzakirə mövzusu idi.

- Ermənistanın bu danışıqlara qatmaq istədiyi yeni nüanslar nədən ibarətdir?

- Erməni tərəfi bundan öncəki görüşlərdə olduğu kimi danışıqlara yeni nüanslar, müddəalar əlavə etməyə çalışdı. Bunun qarşılığında isə Ermənistan tərəfi Azərbaycanın fikirlərinə konkret cavab vermədi. Azərbaycanla Ermənistan arasında bir-birinin ərazi bütövlüyünü tanımaq vacib olsa da, burada konkretliyə nail olmaq da vacib amildir. Ermənistan əldə edilən sənəddə açıq şəkildə separatizmi pisləməlidir. Bu ölkə bəyan etməlidir ki, Azərbaycan ərazisində separatçılığı dəstəkləmir. Eyni zamanda Ermənistan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıyam deməlidir. Məhz bu iki interpretasiyadan Ermənistan qaçır. ABŞ-dakı görüşlərdə də erməni tərəfi eyni mövqeni bölüşüb.

- Qarabağ erməniləri ilə dialoqla bağlı səslənən fikirlər nə dərəcədə məntiqlidir?

- Qarabağ erməniləri və Azərbaycanın mərkəzi hakimiyyəti arasında beynəlxalq təminatçı inistitutun köməyi ilə danışıqların keçirilməsi istəyi var. Azərbaycan isə bəyan edib ki, Qarabağın dağlıq hissəsində olan ermənilərlə üçüncü tərəflərlə görüşlər keçirə bilər. Buna etiraz yoxdur. Azərbaycanda da bu görüşlər keçirilə bilər. Sadəcə olaraq burada beynəlxalq təminatçı inistitutları hüquqi sənədə və çərçivəyə salmaq niyyəti yoxdur. Əks təqdirdə daha 30 il bizi gözlədə bilərlər. Buna misal olaraq ATƏT-in Minsk Qrupunun 30 il guya sülh danışıqları ilə məğul olmasını göstərmək olar. Sözsüz ki, Qarabağ Azərbaycanın daxili işi olduğuna görə bu məsələdə bizim hansısa təşkilatı və dövlətləri insitutlaşdırmaq, onları birgə sənədə salmaq fikri yoxdur. Azərbaycan tərəfi bunu qəti şəkildə rədd edir.

- Sülhə dair beynəlxlaq təminat məsələsi necə təmin oluna bilər?

- Azərbaycnın bu məsələyə etirazı yoxdur. Sülh müqaviləsi imzalanırsa, onun müddəalarının icrası üçün beynəlxalq qarantiya inistitutu olmalıdır. Amma burada da təminatçı ölkə kimi Ermənistanın seçdiyi dövlətlərin adları üzərində dayanmaq lazımdır. Ermənistan isə burada Rusiya və ABŞ-ı nəzərdə tutur. Amma fakiti olaraq indiki halda Rusiya-ABŞ münasibətlərinin xarakteri hər kəsə aydındır.

- Belə bir beynəlxalq təminat formalaşsa nə baş verə bilər?

- Beynəlxla təminat məsələsinin formalaşacağı təqdirdə geosiyasi vəziyyətin mahiyəti burada olduqca önəmli olacaq. Bütün bunların fonunda isə biz görürük hər hansı bir razılaşma ətrafında yaxınlaşma olduqca Ermənistan hansısa nüansları istəməyə çalışır. Bu da sözsüz ki, danışıqlara xələl gətirir. Burada danışıqların uzanmasında maraqlı olan qüvvələrə sərf etmiş olur. Görünən isə odur ki, ki, Vaşinqton görüşündən sonra tərəflər Moskvada da bir araya gələcək. Moskvadakı görüşlər də Vaşqinton danışıqlarının davamı olacaq.

- Sizcə, bu görüşlərin nəticəsi olaraq yükun sülh qərarının əldə edilməsi gözlənilirmi?

- Nəticə olaraq qərarın verilməsi mümkün deyil. Ola bilsin ki, hansısa bəyanatlar verilsin. Amma bu bəyanatların da hara qədər təsirli olacağını da hər kəs görməkdədir. Ötən gün Azərbaycan Prezidenti erməni tərəfinə növbəti dəfə xəbərdarlıq etdi. Bu da ondan ibarətdir ki, qarşı tərəf ağıllarını başlarına toplayıb nəhayət sülh müqaviləsini imzalamalıdır. Bu da regionda təhlükəsizliyə təminat olacaq. Sülh olmayacaqsa, Azərbaycanla Ermənistan arasında və bütövlükdə regionda yeni çağırışlar olacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər