4 May 2023 23:33
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

“Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edilə bilər, lakin son mərhələ həmişə ən çətin olanıdır”-deyə, o bildirib.

Blinken qeyd edib ki, hər iki tərəf son bir neçə gündə bəzi çox çətin məsələləri müzakirə edib və davamlı sülh sazişi üzərində nəzərəçarpacaq irəliləyiş əldə ediblər: "Düşünürəm ki, danışıqların sürəti və həmkarlarımızın qurduğu təməl onu göstərir ki, biz həqiqətən razılığa gəlmək ərəfəsindəyik. Lakin Birləşmiş Ştatlar hər iki dostumuza finiş xəttini keçməyə kömək etməyə davam etmək üçün buradadır. Dediyim kimi, düşünürəm ki, biz buna çox yaxınıq. Nəhayət deməliyəm ki, həm Ermənistandan, həm Azərbaycandan, həm də dostlarımdan, xarici işlər nazirlərindən gördüyümüz rəhbərlik ilhamvericidir.

Bunların heç biri asan deyil, lakin qalan çətin məsələlərin öhdəsindən gəlmək üçün irəliləmək əzmi realdır. Və biz hiss edirik ki, bu bir neçə gündə çox nəzərəçarpacaq irəliləyiş əldə etdik. Yekun razılaşma əldə oluna bilər və biz buna nail olmaqda davam etməkdə qərarlıyıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər