8 May 2023 13:06
4 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan-Özbəkistan, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli təmasları müntəzəm həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Məqsədimiz bu regionda əməkdaşlığı gücləndirməkdir. Bizim İranla münasibətlərimiz məlumdur, biz kimsə ilə münasibətləri pisləşdirmək istəmirik. Bizim sürücülər daha çox Azərbaycandan daşınmalara üstünlük verirlər, nəinki İran ərazisindən. Çünki İran bizə problem yaradır, Azərbaycan isə jestlər edir. Azərbaycanın regiondakı rolunu nəzərə almamaq mümkün deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər