26 May 2023 01:35
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz bir həftə sonra Ermənistan və Azərbaycanın baş nazir müavinləri ilə çox vacib texniki detalları müzakirə edəcəyik, lakin bunlar çox vacib detallardır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir.

“Sərhəd nəzarəti və sərhəddə gömrük nəzarəti necə aparılacaq? Bu, bir həftə sonra Moskvada müzakirə ediləcək suallardır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər