İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, o, Müstəqillik Günü münasibətilə Prezidenti təbrik edib:
"Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik" - deyə, məktubda qeyd olunur.