22 İyun 2023 20:38
1 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla şərti sərhəddə ABŞ şirkəti ilə zavod açan Ermənistanın məqsədi tamam başqadır. Əslində erməni tərəfi bununla ABŞ-ın bu bölgədəki əzəli rəqibləri olan İran və Rusiyaya da mesaj verir. Ermənistan açıq şəkildə deyir ki, “ruslar və farslar onun üçün nə etməsindən asılı olmayaraq onları özünə dost, müttəfiq hesab etmir”. Çünki Nikol Paşinyan birmənalı şəkildə Ermənistanı Rusiyanın təsirindən qoparıb Avropaya istiqamətləndirmək xətti götürüb.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, indiki halda Nikol Paşinyanı bu mövqeyinə görə hakimiyyətdən uzaqlaşdırmaq isə Rusiya və İranın imkanları xaricindədir:

“Ona görə də, Cənubi Qafqazda bu tendensiya hələlik eyni ssenari ilə davam edəcək. Yeni ciddi bir gücün meydana çıxması ilə prosesin istiqaməti dəyişəcək. İndiki halda isə bu güc Türkiyədir”.

Partiya sədrinə görə, ABŞ-ın Azərbaycanla sərhəddə ermənilərlə yeni bir işbirliyi yaratmasının bizə heç bir ziyanı yoxdur:

“ABŞ nə qədər Ermənistanla yaxınlaşırsa, bu, bir o qədər Rusiya ilə münasibətlərin korlanması deməkdir. Fakt odur ki, Ermənistan bu cür radikal addımlar atmaqla bütövlükdə Rusiyanın təsirindən çıxmaq istəyir”.

Sərdar Cəlaloğlu hesab edir ki, İranın əzəli rəqibinin hər addımda dəstəklədiyi bir ölkədə bayrağının dalğalanmasına susqun yanaşması təəccüblüdür:

“Fakt odur ki, Ermənistan öz maraqlarına görə ABŞ-la daha açıq mövqe sərgiləyir. Bu bölgədə İranla Rusiya eyni siyasəti həyata keçirir. Onlardan biri ata bilmədiyi addımı digəri atır. Bununla da öz maraqlarını təmin edirlər. İranın da Ermənistana dost-qardaş münasibətinin arxasında ancaq Azərbaycan qarşı olan mövqedir. Bunun başqa bir anlamı yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər