Avropada islamafob meyillər güclənir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, bu gün Avropada islamafob meyillər artıb: "Fransada əlcəzairli gəncin polis tərəfindən güllələnməsi, İsveçdə Quranın yandırılması kimi acı reallıqlar var. Fransa özünün müstəmləkə soyqırımı siyasətinə görə utanc yaşamalıdır. Amma fakt odur ki, Fransa Azərbaycanın daxili işlərinə qarışmağa çalışır və Ermənistana dəstək verir”.
Deputat əlavə edib ki, Fransa Azərbaycanın yürütdüyü siyasətə heç bir halda təzyiq göstərə bilməz.
Millət vəkili Elşad Mirbəşir isə qeyd edib ki, Azərbaycan hərbi doktrinasında bu dövlətlərin adı qeyd edilməlidir:
"Azərbaycan ərazisində separatizmi, terrorçuluğu dəstəkləyən Fransa kimi dövlətlərin adı xüsusi olaraq qeyd edilməlidir. Bu ölkələr Azərbaycan ümumi təhlükəsizliyinə təhdid yaradır. Ona görə də Azərbaycan Respublikasının hərbi doktrinasında müəyyən dəyişikliklər edilməlidir".
Deputat Siyavuş Novruzov isə vurğulayıb ki, Fransa sülh müqaviləsinin imzalanmasına imkan verməyəcək:
"Fransa prezidenti Emannuel Makron erməni diasporası ilə görüşdə onun Nikol Paşinyandan daha çox Azərbaycana təzyiq etdiyini bildirib. Bu fakt onu göstərir ki, Fransa sülhün pozulması üçün hər şey edəcək. Fransanın sülh müstəvisində aparılan bütün danışıqlardan uzaqlaşması vacibdir".