11 İyul 2023 00:27
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsini dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

“Biz hələ də razılaşmanın əldə olunmasının mümkünlüyünə inanırıq və gələcək danışıqları səbirsizliklə gözləyirik", - deyə Metyu Miller bildirib.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən dövlət katibi Antoni Blinken və ABŞ prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi üzərində işi davam etdiriblər. Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər