13 İyul 2023 22:52
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamın Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması Azərbaycana qarşı etnik nifrət və dözümsüzlük siyasətinin tərkib hissəsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanlarının rəhbərlərinin Ağdamda "Ağdamın dirçəlişi" tədbirində çıxışı zamnı deyib.

Nazir bildirib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı nəticəsində bütün işğaldan azad olunmuş ərazilərimizin, o cümlədən Ağdamın qarış-qarış bərpa edilməsinin diqqət mərkəzindədir. Mövcud çətinliklər, dağıntıların miqyası və mina təhdidinə baxmayaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərimizin öz yurdlarına layiqli qayıdışı prosesin irəlilədilməsində qərarlı olduğu bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər