31 Avqust 2023 21:37
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar humanitar yardımın Qarabağ sakinlərinə çatması üçün son bir neçə həftədir ki, tərəflərlə davamlı işləyir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

M.Miller qeyd edib ki, Azərbaycan və Qarabağdakı erməni azlıq nümayəndələri zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərlə bağlı müzakirələri davam etdirməlidirlər.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər