“Azərbaycan tərəfi BQXK vasitəsilə erməniəsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib.
Onun sözlərinə görə, sorğu nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir.
“Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq.
Ermənistana tibbi təxliyə üçün tibbi maşınlar Ermənistandan da gələ bilər.
Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır”, - H. Hacıyev vurğulayıb.