3 Oktyabr 2023 21:54
2 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, artıq Qarabağda separatizm sona çatdı. Amma ərazini tərk edən ermənilərlə bağlı iddialar səslənir. “Etnik təmizləmə” və “mühacir dövlət” ideyalarından danışılır...

- Qarabağda erməni separatizmi ilə bağlı bəlli bir dönəm 1991-ci ildə qapanmışdı. Amma sonrakı dövr bu, Ermənistan və separatçılar üçün lazım idi. Bu ilin sentyabrın 9-da qondarma rejim üçün seçki keçirmişdilər. İndi isə iddia etdikləri rejimi buraxdıqları bəyan olundu. Buradan, yəni Qarabağdan çıxan ermənilər arasında belə bir “ideya” yayıblar ki, guya mühacirətdə özlərinin “respublikları”nı elan edəcəklər. Ona görə də, verilən təlimata uyğun olaraq ərazini sürətlə tərk etdilər.

- Azərbaycanın bu məsələlərə yanaşması necə oldu?

- Azərbaycan isə bu məsələdə onlara heç bir imkan vermədi. Artıq separatçıların sonuncu rəhbəri Samvel Şahramanyan da bu reallığı qəbul etdi. Əslində olmayan bir məsələnin ləğvi haqqında qərar verildi. Amma bu, olduqca önəmli bir proses idi. Ermənilərin Azərbaycan ərazisində qondarma respublika ideyası de-fakto və de-yure qapanmış oldu.

- Vaxtilə Razdan meydanında bizə çörək yox, azadlıq lazımdır deyən erməni “ideoloqları” sonrakı dönəmdə bu xətti Qarabağda davam etdirmək istəyirdilər. Növbəti dəfə bu “ideologiya”nın ayaq açmaq təhlükəsi ilə bağlı yanaşmalar nədən ibarətdir?

- Ermənilər Qarabağdan bir həftədir ki, çıxıb. Sosial şəbəklərin erməni seqmentində isə bu bir həftədə həmin “ideyaları” tirajlamağa başlayıblar. “Biz getsək də nəvələrimiz “arsaxın” heyfini alacaq” deyə absurd ideyalar yayırlar. Əslində bu, toplumun xəstəliyi ilə bağlıdır. Çünki bu cür yanaşmalarla özlərini çətin vəziyyətə salırlar. Amma biz də arxayın olmamalıyıq ki, bu absurd ideyalar yenidən qayıda bilməz. Bu təhlükə hər zaman var. Ona görə də, son dərəcədə diqqətli olmalıyıq. Fakt odur ki, bu gün Azərbaycan ideoloji cəbhədə öz işini çox yaxşı qurub.

- Faşizmin geri dönməzliyi üçün vaxtilə beynəlxalq mexanizmlər yaradılmışdı. Erməni faşizmi ilə bağlı hansı analogiyalar aparıla bilər?

- Bu cür xəstə ideyaları bir nəfəsdə sıradan çıxarmaq olmur. Faşizm ideologiyası bitsə də, neofaşizm dünyada yenidən baş qaldırmağa başlayıb. Arxayın olmaq olmaz ki, erməni fazişmi baş qaldırmayacaq. Burada ideoloji iş davam etdirilməlidir. Azərbaycan ərazisində yaşayan ermənilər və sonradan bura qayıtmaq istəyində olanlarla daha sıx iş aparılmalıdır. Bununla da gələcək təhlükələrə qarşı immunitet formalaşdırmaq olar.

- Azərbaycanlılara qarşı cinayət törətmiş erməni canilər o cümlədən Vardanyanın həbsi, proseslərin gedişinə necə təsir edəcək? Bunun presedent olacağı ilə bağlı yanaşmalar var...

- Vardanyan Rusiyanın layihəsi ola bilərdi. Çünki Paşinyanın yerinə onun gətirilməsi ideyası var idi. Onun Azərbaycan tərəfindənm həbsi sonradan onun şəxsiyyəti ətrafında bir yazıq, əzabkeş obrazı yaratmağa cəhdlər olacaq. Ona görə də, Vardanyan istənilən vaxt dəyişdirilmək üçün bir bahalı kart kimi ortaya çıxa bilər. Azərbaycan tərəfi bundan maksimum dərəcədə yararlanacaq. Amma burada rus izi açıq görünür. Çünki Rusiya tərəfi Şərq siyasətində xəstə, yazıq insanlar üzərindən müəyyən bir siyasət qurur. Vaxtilə Paşinyan da həbsdən hakimiyyətə gəlmişdi. Bu mənada böyük milyonlara sahib olan Vardanyanla bağlı bu gün inkar edilən siyasət heç də əsl reallığı əks etdirmir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər