Oktyabrın 4-də Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov etimadnaməsini Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə təqdim edib.
Bu barədə Teleqraf.com-a ölkəmizin Mərakeşdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxt Rabatdakı Kral sarayında baş tutan tədbirdə səfir N.Səmədov Prezident İlham Əliyevin salamlarını Mərakeş Kralına çatdırıb, Azərbaycanın Mərakeş üçün dost və qardaş ölkə olduğunu vurğulayıb, münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Öz növbəsində Mərakeş Kralı Əlahəzrət VI Məhəmməd salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.