“Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Gürcüstanın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi bir daha vurğuladıq”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “X” hesabında yazıb.
O bildirib ki, Tbilisi və Bakı əlaqələri gücləndirməyə və iqtisadi artımı dəstəkləməyə diqqət yetirir: “Biz ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə imkanları araşdırırıq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktybarın 8-də Gürcüstanda işgüzar səfərdə olub.