Regional məsələlərin 3+3 formatında həll edilməsi vacibdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edərkən deyib.
Dövlətimizin başçısı regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğuladı, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd etdi.
Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.