20 Oktyabr 2023 17:33
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən “Neokolonizalizm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfrans başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər.

Çıxışçılar Fransanı keçmiş müstəmləkə dövlətlərinin daxili işlərinə qarışmaqda günahlandırıblar.

Eyni zamanda Fransanın müstəmləkəsi altında olan dövlətlərdə, ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları diqqətə çatdırılıb.

Konfransda Fransanın müstəmləkələrdə yerli əhaliyə qarşı həyat keçirdiyi ağır işgəncələr və insan haqlarının pozulmasını göstərən fotosərgi də nümayiş olunub.

***

10:06

Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edirlər.

Qeyd edək ki, BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər