30 Oktyabr 2023 11:23
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsi dövründə azyaşlı erməniəsilli uşaqları aktiv döyüş əməliyyatlarının olduğu bölgələrə gətirməklə onların psixologiyasında dərin yaralar buraxaraq gələcəkdə potensial cani kimi formalaşdırılması Ermənistan siyasi və hərbi rəhbərliyinin məqsədlərindən biridir.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatı”nda bildirilib.

"Öz təbirlərincə bu fəaliyyəti vətənpərvərlik və ermənipərəstlik adlandırır, həmin hərəkətlərə son qoymaq əvəzinə isə uşaqlara silahlar verərək onlara zorla hərbi dərslər verirlər", - hesabatda bildirilib.

Hesabatda vurğulanıb ki, müharibə dövründə Ermənistan hərbi-siyasi hakimiyyətinin uşaqların əməyindən müharibədə istifadə etməsi barədə əldə etdiyimiz faktlara əsasən insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara bəyanat göndərilib: "Lakin bütün bunlar Ermənistan siyasi və hərbi rəhbərliyini bu kimi hərəkətlərdən çəkindirməyib".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər