Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Bolqarıstanın bu qurumdakı səfiri, keçmiş xarici işlər naziri Nikolay Milkovla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə azərbaycanlı diplomat X hesabında bildirib.
Görüşdə NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və ikitərəfli əlaqələr müzakirə edilib.