27 Noyabr 2023 14:50
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın söylədikləri erməni hiyləgərliyinin təzahürüdür. İşğalçı Ermənistan II Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazilərindən qovulub, məğlub olub. Ermənistan hakimiyyəti həmin məğlubiyyətin əvəzini çıxmaqdan ötrü vaxt qazanmağa çalışır. Onlar nə zamansa əlverişli şəraitin yaranacağını gözləyirlər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professorun fikrincə, indidən demək olar ki, sərhəddə keçiriləcək görüşdən (noyabr 30-da Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının görüşü gözlənilir) sonra Ermənistan “sülhpərvər” bəyanatlar verəcək, bu prosesi uzatmağa çalışacaq:

“Azərbaycan gerçəkdən sülh üçün çalışır. Ölkəmiz elə hesab edir ki, bu məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”.

Musa Qasımlı bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya, demarkasiya olunmalı və sülh sazişi imzalanmalıdır:

“Paşinyanın söylədikləri isə Ermənistanın sülh istəmədiyini göstərir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər