28 Noyabr 2023 14:10
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin səyləri ABŞ-Azərbaycan münasibətlərinin normallaşmasına gətirib çıxaracaq.

Bunu Azərbaycan Prezidenti və ABŞ Dövlət katibi arasındakı telefon danışığını Teleqraf.com-a şərh edən deputat Vahid Əhmədov deyib.

“Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin daha bir nəticəsidir. Prezidentin atdığı addımlar Azərbaycan-ABŞ arasındakı münasibətlərin daha da normallaşmasına gətirib çıxarması üçün şərait yaradacaq”, - deputat bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Tərəflər ikitərəfli münasibətlərdəki son durumu müzakirə ediblər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər