6 Dekabr 2023 16:25
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlılarının artıq Qarabağda qalmasına ehtiyac qalmayıb. Azərbaycan öz ərazisində həyata keçirdiyi son antiterror tədbirlərindən sonra sülhməramlıların faktiki olaraq görə biləcəyi bir iş yoxdur. Bu ilin sentyabrın 20-dən sonra sülhməramlıların burada qalıb-qalmayacağı məsələsi ətrafında müzakirələr daha da intensivləşib.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

“Artıq sülhməramlılar qərar gözləyir. Çünki onların bundan sonra ərazidə hansı fəaliyyətlə məşğul olacağı Azərbaycanla Rusiya arasındakı razılaşmadan asılıdır.

Sözsüz ki, sülhməramlıların ərazidən çıxaırlmaması müəyyən planlarla da izah olunur. Bunun nə dərəcədə həqiqətə uyğun olub-olmadığı dəqiqləşməlidir”, - deyə o qeyd edib.

Polkovnik hesab edir ki, sülhməramlıların ərazidə qalması ilə bağlı səslənən fikirlər də birmənalı deyil:

“Bəziləri onların burada qalmasının ziyanlı olmadığını iddia edir. Amma bu fərqli bir prosesdir. Çünki sülhməramlıların əraziyə hansı missiya ilə gəlməsi aydın idi. İndi isə tamam başqa bir reallıq var. Hətta sülhməramlıların Xankəndiyə, Laçına buraxılmaması ilə bağlı da informasiyalar yayılır, Ona görə də, bu məsələlərə qeyri-səmimi yanaşmaq doğru deyil”.

Üzeyir Cəfərov bildirir ki, sülhməramlıların Azərbaycan Ordusu ilə bəzi postlar qurduğu və patrul xidməti həyata keçirdiyi barədə yayılan xəbərlər də prosesin tamam başqa müstəvidə inkişafını göstərir:

“Faktiki olaraq Rusiya-Ukrayna müharibəsi fonunda həmin hərbi bölmələrə böyük ehtiyac var. Belə olan halda sülhməramlıların Qarabağda qalması məsələsi aydınlaşmalıdır. Görünən odur ki, sülhməramlıların burada qalması ilə bağlı Azərbaycan tərəfindən müəyyən bir razılığın alınması gözləntisi var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər