7 Dekabr 2023 14:32
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar feyk xəbərlərin yayılması halları çoxalır. Bunu bəzən rəsmi şəxslərin, dövlətin və yaxud siravi insanların sosial media hesablarından edirlər. Məqsəd təbii ki, bəllidir. Bu məlumatların yayılması üçün məhz sosial media hesablarının sındırlması və bu platformalardan həmin yalan məlumatların paylaşılması halları var.

Bunu Teleqraf.com-a Azərbaycan İnternet Forumunun rəhbəri, ekspert Osman Gündüz deyib.

O qeyd edik ki, sosial şəbəkələrdən qeyri-qanuni məqsədlər, qanunsuz informasiyaların yayılması, dövlətçilik əleyhinə və cinayət xarakterli məlumatların tirajlanması üçün istifadə yolverilməzdir: “Mövcud qanunvericilikdə bununla bağlı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. Ona görə də, sosial media istifadəçiləri bunun fərqində olmalıdır. Qanunazidd çağırışlar etmək, təhqirə və böhtana yol vermək, şəxsi məlumatların paylaşılması məsuliyyət yaradır”.

Ekspert hesab edir ki, son dövrlər bu halların çoxalması ilə əlaqədar qurumların bir qədər çeviklik göstərməsi vacibdir: “Bununla bağlı monitorinqlər aparılmalı, izlənilməli, araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Eyni zamanda maarifləndirici işlər aparılmalıdır. Presedentlərlə bağlı cəmiyyətə məlumatlar verilməlidir, Qanunsuz informasiyalar yayan şəxslərlərlə bağlı hansı tədbirlərin görüldüyü bildirilməlidir”.

Osman Gündüzə görə, sosial media istifadəçiləri də məsuliyyətli olmalıdır: “Amma burada bəzi istifadəçilərin nəyi necə etməsini belə düşünmədən addım atması sonradan bir çox problemlərə yol açır. Sosial medianın özünün qaydalarında bununla bağlı müddəalar var. Yaş məhdudiyyəti və digər məsələlər burada əks olunub. Amma sosial media administrasiyasının bütün məsələlərə nəzarət etmək imkanları yetərli deyil. Süni intellekt və robot texnologiyaları var ki, paylaşımların mahiyyətinə, keçid etdiyi səhifələrə uyğun istifadəçinin yaşı müəyyən edilir. Yaş müəyyən edilən kimi istifadəçi bloklanır. Sadəcə olaraq bu tam dəqiqliklə işləmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər