7 Dekabr 2023 22:53
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakı ilə İrəvan arasında əldə olunan birgə açıqlamanı alqışlayaraq Berlin və Brüsselin bu prosesi dəstəklədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Biz hər iki ölkə arasında ədalətli və davamlı sülh yolunda mühüm inam yaradan Azərbaycan və Ermənistan tərəfindən atılan bu cəsarətli addımı alqışlayırıq. Almaniya və Avropa İttifaqı bu prosesi dəstəkləyib və bunu davam etdirməyə hazırdır”, – o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər