18 Yanvar 14:10
5 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya əsasında sülh müqaviləsinin imzalanması məntiqsiz yanaşmadır. Çünki delimitasiya uzun bir prosesdir. Ona görə də, sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması istiqamətində işlər aparılmalıdır.

Bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.

“Azərbaycanla Ermənistan arasında hazırda danışıqlar davam edir. Amma Nikol Paşinyana Soros fondu, Fransa Prezidenti Emmanuel Makron və bəzi qonşu ölkələr Zəngəzur dəhlizini açmağa imkan vermir. Burada söhbət Avrasiyanın orta xəttindəki çox vacib nöqtəyə nəzarətdən gedir”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, Paşinyanın indiki halda İranla bağlı hansısa presidenti gündəmə gətirməsi məntiqə sığmır:

“Azərbaycanla İran arasında olan danışıqlar, dialoq və toxunulan məqamlar tamam fərqlidir. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla Ermənistan arasında olan məsələ isə başqa bir reallığa əsaslanır”.

Zaur Məmmədov bildirib ki, üçtərəfli bəyanata əsasən Ermənistan Zəngəzur dəhlizində maneəsiz gediş-gəlişi təmin etməlidir:

“Amma Azərbaycanın İranla Naxçıvana keçidlə bağlı danışıqlarında fərqli rakurs və ifadələr yer alıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər