18 Yanvar 19:28
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Cənubi Qafqazda davamlı sülhə doğru irəliləyişi dəstəkləməyin tərəfdarıdır.

Teleqraf.com xəbər verir ki, bunu etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün Prezident İlham Əliyevlə görüşümüz çox gözəl keçdi. Görüşdə iqlim dəyişikliyi, regional təhlükəsizlik və iqtisadi inkişaf kimi maraq kəsb edən mühüm ikitərəfli məsələləri müzakirə etdik", - deyə səfir qeyd edib.

Xatırladaq ki, 2023-cü il noyabrın 9-da ABŞ Senatı Mark Libbinin Azərbaycana səfir təyin olunmasını təsdiqləyib.

Libbi bundan əvvəl ABŞ-nin Brüsseldəki missiyasında rəhbər müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər