20 Yanvar 08:00
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, həmçinin Azərbaycanın Parisdəki diplomatik missiyasının əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Parisdəki diplomatik korpusunun başçısı sosial şəbəkədə paylaşım edib.

“Azərbaycanın müstəqilliyi mübarizəsinin şanlı tarixi olan 20 Yanvar faciəsinin qurbanları və müstəqilliyimiz uğrunda canından keçən bütün qəhrəmanlarımızın xatirəsini, görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun qəbrini Parisdəki diplomatik heyətimizlə ziyarət edərək andıq”, – səfir yazıb.

Qeyd edək ki, Əlimərdan bəy Topçubaşov Azərbaycan Cümhuriyyətinin parlamentinin sədri olub. Bundan başqa, görkəmli demokrat Cümhuriyyətin 2-ci xarici işlər və portfelsiz naziri, Milli Şuranın üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümum-Rusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, “Nicat” cəmiyyətinin başçısı, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının rəhbəri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru olub. Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy ölümünədək orada yaşayıb, 1934-cü ildə Parisdə vəfat edib. O, Parisdəki Sen-Klu qəbiristanlığında dəfn edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər