22 Yanvar 23:59
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzərində sıx işləməkdə maraqlıdır.

Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.

"ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada finişə çatmaq üçün çalışacağıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirmişdi ki, dövlət katibi Entoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə xarici işlər nazirləri Ceyhun Bayramovu və Ararat Mirzoyanı Vaşinqtonda qəbul etməyə ümid edir.

Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələ razılaşdırılmadığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər