27 Yanvar 22:45
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Ukrayna öz hava məkanına nəzarəti bərpa edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba Kiyevdə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, Kiyevin vaxtında F-16 qırıcıları, pilotsuz təyyarələr, elektron döyüş texnikası və raketləri alacağı təqdirdə baş verə bilər.

"Əgər biz F-16-lar əldə etsək, döyüş və kəşfiyyat pilotsuz təyyarələrimiz olsa - Litva ilə əməkdaşlığımızın əhəmiyyəti məhz budur - elektron döyüş sistemlərimiz və raketlərimiz olsa, səmamızı idarə edəcəyik. Bu, mümkündür", - diplomat vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər