15 Fevral 01:38
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində Şimali Kipr Türk Cümhuriyyətinin təşkil etdiyi "Tək səs, tək ürək" adlı konsert proqramı baş tutub.

Teleqraf.com xəbər verir ki, tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer çıxış edib.

"Şimali Kipr Türk Cümhuriyyətinin Can Azərbaycana gələn Çağdaş Musiqi Dərnəyi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən "Tək səs, tək ürək" adlı konsert proqramı ilə çıxış edir.

Şimali Kipr Türk Cümhuriyyətinin və Azərbaycan əlaqələrinin inkişafı nəticəsində Çağdaş Musiqi Dərnəyi bir ilkə imza ataraq Bakıdakı konsertdən öncə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən konsert proqramı ilə çıxış edib. Bu, bizim üçün ayrı xoşbəxtlikdir. Mədəni əlaqələr iki qardaş ölkə arasında könül bağının birliyi üçün çox önəmlidir. Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyi olaraq bu cür fəaliyyətlərə önəm verir".

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənov və bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər