3 Aprel 09:23
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Belçikadakı səfiri pasxa bayramına qədər Bakının hərbi müdaxilə ehtimalından danışıb. O iddia edir ki, Azərbaycan Brüsseldə ABŞ-Avropa İttifaqı və Ermənistan arasında aprelin 5-də baş tutacaq görüşü əngəlləmək üçün addımı ata bilər. Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı səslənən iddialar məntiqsizdir. Ermənistanın bu iddiaları imzalanacaq sülh müqaviləsinin uzadılması üçün bəhanələrdir.

Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

O qeyd edib ki, Azərbaycan Ermənistan ərazisinə girməz:

“Çünki Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin statusuna tərəfdir. Həmin cinayət statusunda aqressiya müharibəsi adlanan prinsip var. Bu, aqressiya kimi qiymətləndiriləcəyinə görə, Azərbaycan belə bir addım atmayacaq”.

Politoloqun fikrincə, Ermənistanın Azərbaycanı müharibəyə təhrik etmək amili istisna edilmir:

“Əgər Azərbaycanla sərhəddə Ermənistan ordu yığıbsa və peyk müşahidə vasitələrindən bu fakt görünürsə, burada digər amillər var. Böyük ehtimalla bu, Rusiyanın edəcəyi hər hansı bir hərəkəti Azərbaycanın üstünə yıxmaq məqsədi daşıyır. Beləliklə, Azərbaycan vasitəsi ilə bunu əngəlləmək niyyətləri mövcuddur”.

Fərhad Mehdiyev hesab edir ki, Ermənistanın Rusiyaya gücü çatmır və ittihamları Azərbaycana yönəldir:

“Bakı indiyə kimi bu addımı atmayıb. Bundan sonra da belə bir addımı atmaq niyyətində deyil. Zəngəzur dəhlizinin açılması zəruri görünsə belə onun hərbi müdaxilə fonunda təmin edilməsi mümkün olmayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər