İsrail uzun illərdir ki, İrandan mümkün hücuma hazırlaşır və həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır.
Teleqraf.com "Tass" istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Ölkənin hücumu dəf etməyə hazır müdafiə sistemlərini yerləşdirdiyini qeyd edən Netanyahu, "Son illərdə və hətta son həftələrdə İsrail İranın birbaşa hücumu ehtimalına hazırlaşır" deyə cavab verib.