Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.
Teleqraf.com xəbər verir ki, Müsavat Partiyasından məlumat verilib.
Bildirilib ki, partiyanın XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.
Bununla bağlı partiyanın müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib.