İyunun 6-da Baş nazir Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə “Knauf” şirkətinin Azərbaycanda uzunmüddətli uğurlu fəaliyyəti barədə məlumat verilib.
Həmçinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub