13 İyun 20:22
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi İrəvan sülhdən danışır, amma digər tərəfdən də şərti sərhəddə təxribata əl atır, atəşkəs pozulur. Bu, düşündürücü məsələdir. Niyə belə bir addım atıldığı aydınlaşmalıdır. Ermənistan əgər sülhdən danışırsa, onun atəşkəsi pozmaqda marağı nədir? Demək Ermənistan daxilində olan ayrı-ayrı qüvvələr bu danışıqların baş tutmaması, sülh prosesinin dayanması üçün cəhdlər edə bilərlər.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun fikrincə, bu kimi təxribat elementlərini Azərbaycan tərəfi olaraq diqqətdə saxlamalıyıq:

“Sülhdən, güzəştdən, hansısa addımların atılmasının vacibliyindən danışıb bunun ardınca Azərbaycana atəş açmaq bütün danışıqları heç endirmək deməkdir. İndiki situasiyada bu, bir qədər sual doğurur. Ona görə də, bu məsələ üzərində düşünməyə ehtiyac var”.

Partiya sədri Ermənistan tərəfindən sülh prosesini pozmaq üçün daha hansı addımlar atıla biləcəyi məsələsinə diqqət çəkib:

“Bu baxımdan da məsələnin mahiyyəti əslində hamımızı düşündürməlidir. Çünki sülh prosesinin gerçəkləşməsini istəyiriksə, Ermənistanda indiki hakimiyyətin prosesi axıra kimi aparmasını təmin etməliyik”.

Fazil Mustafaya görə, Ermənistanda olan qüvvələrin xeyli hissəsi sülh istiqamətində gedən proseslərə maneə törətməkdə maraqlıdır:

“Revanşist qüvvələr, ümumiyyətlə sülh danışıqlarının həyata keçirilməsini arzulamır. Bu baxımdan Naxçıvan istiqamətində erməni təxribatının səbəblərini daha dərindən öyrənmək lazımdır”.

Qeyd edək ki, iyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər