25 Oktyabr 21:10
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzində Meksikanın Azərbaycanda səfirliyinin açılmasının 10 illiyi qeyd edilib.

Teleqraf.com xəbər verir ki, tədbir çərçivəsində yubiley münasibətilə "Azərpoçt" MMC ilə birgə buraxılmış poçt markasının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalero Bakıda səfirliyin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Səfir ölkəsinin Latın Amerikası dövlətləri arasında 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu vurğulayıb: “Meksika Prezidentinin göstərişlərinə uyğun olaraq münasibətləri daha da dərinləşdirmək niyyətindəyik".

O, həmçinin əlavə edib ki, mədəni qarşılıqlı əlaqə iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdıran mühüm elementdir. Daha sonra “Azərpoçt” MMC-nin sədri İsi Mustafayev möhürün verilməsini rəhbərlik etdiyi struktura həvalə etdiyinə görə səfirə təşəkkür edib. Tədbirin davamında diplomatla “Azərpoçt” MMC-nin rəhbəri birlikdə yeni poçt markasını təsdiqləyiblər. Markanın üzərində Meksika və Azərbaycan mətbəxinin iki mühüm elementi - tako və qutab, fonda isə iki ölkənin ənənəvi naxışları təsvir olunub.

Sonda konsert proqramı olub və tədbir bədii hissə ilə yekunlaşıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər