23 Oktyabr 23:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Kazanda BRICS sammiti çərçivəsində qazaxıstanlı həmkarı Kasım Jomart Tokayevlə ayaqüstü söhbət edib.

Teleqraf.com xəbər verir ki, söhbət zamanı liderlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər