ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Yaponiya və İtaliyadan ibarət G7 qrupunun liderlər sammiti İtaliyada işə başlayıb.
Teleqraf.com xəbər verir ki, tarixdə ilk dəfə Zirvə toplantısında Roma Papası çıxış edəcək.
Bundan başqa, G7-yə daxil olmayan ölkələrin liderləri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Hindistan lideri Narendra Modi və Braziliya prezidenti Lula da Silvanın görüşlərə qatılması da bir ilk olacaq.
Katolik dünyasının ruhani lideri Papa Fransisk sammit çərçivəsində süni intellektlə bağlı paneldə çıxış edəcək. Qəzza və Ukraynadakı müharibələrlə bağlı bir sıra görüşlərə qatılacağı gözlənilən Papa prezident Ərdoğan başda olmaqla bir sıra liderlərlə də ikitərəfli görüşlər keçirəcək.