Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu iki tarixi günlə bağlı Azərbaycanı təbrik edib.
Teleqraf.com xəbər verir ki, millət vəkili bu barədə Feysbuk səhifəsində yazıb.
“Can Azərbaycan, Milli Qurtuluş Günün və Şuşa Bəyannaməsinin üçüncü ildönümü qutlu olsun.
Bayraqlarımız əcdadlarımızın izləri ilə dolu diyarda hər zaman qürurla, yan-yana dalğalansın. Bir Millət, İki Dövlət”, - Çavuşoğlu qeyd edib.