19 İyun 21:29
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir.

Teleqraf.com xəbər verir ki, Avropa komissarı Vopke Hoekstra iyunun 20-də Azərbaycana səfər edəcək.

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarının səfərinin məqsədi hökumət rəsmiləri və vətəndaş cəmiyyəti ilə görüşmək və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlığı müzakirə etməkdir.

Komissar Hoekstranın Bakıda səfərdə olarkən bir sıra dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulut. Aİ rəsmisi, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər