24 İyun 14:12
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın dağılması Cənubi Qafqaz üçün də böyük fəlakətlərə yol aça bilər.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

“Rusiyada, Dağıstanda terrorçuların hücumu nəticəsində 15 nəfər polis, bir neçə mülki şəxs həlak olub. Həmişə söyləmişik ki, Rusiya mütləq qonşularına təhdid yaratmayan, sivil ölkəyə çevrilməlidir, aqressiv və qaba dövlət olmamalı, öz qınına çəkilməlidir. Amma Rusiyanın dağılması böyük fəlakətlərə yol aça bilər. Bu, Azərbaycanın şimal sərhədi boyu qeyri-sabit vəziyyətin yaranmasına, kiçik və bir-birləri ilə və hamı ilə düşmənçilik edəcək “ölkələr” və başıpozuq dəstələrin formalaşmasına səbəb olacaq. Bu da daim bizə qarşı təhdid yarada biləcək durumun yaranması demək olardı.

Rusiya Çeçenistan da daxil Şimali Qafqaza ildə 9-10 milyard dollar dotasiya ayırır. Həmin kiçik etnik muxtar qurumlarda iqtisadiyyat yoxdur, Rusiyanın mərkəzi büdcəsindən ayrılan vəsait olmasa, əvvəl bir-birlərinə, sonra ətraflarına saldıracaqlar, xaotik və qeyri-sabit bir coğrafiya ilə sərhəd olacağıq”, - partiya funksioneri bildirib.

Natiq Cəfərli hesab edir ki, Rusiya işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan çəkilib həmin bölgələrin Gürcüstana qayıtmasına mane olmamalı, öz ərazisinin problemləri ilə məşğul olmalıdır: “Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazdan çəkilməsi bölgəmizi rahatladacaq, öz ərazisi olan Şimali Qafqazla məşğul olmağa Moskvanın daha çox zamanı və resursu olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər