25 İyun 11:48
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün təhlükəsizlik dünyanın əsas məsələsinə çevrilib. Bu, dini müstəvidə həyata keçirilir, bir müddət sonra etnik zəmində də bu istiqamətdə problemlər yaratmağa çalışacaqlar.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, büdcədə təhlükəsizlik istiqamətində əlavə vəsaitlərin ayrılması bu istiqamətdə tədbirlərin gücləndirilməsinə şərait yaradacaq.

Deputat həmçinin növbədənkənar parlament seçkilərinə də toxunub: “Parlament seçkilərinə gəlincə, müxalifət sevinməlidir ki, parlament seçkiləri vaxtından əvvəl olur. Amma seçkilər elan olunandan sonra tamamilə bunun əksinə təbliğat aparıldığının şahidi oluruq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər