27 İyun 21:43
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin keçmiş Baş katibi Pan Gi Mun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını korrupsiyada günahlandırıb.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, o, təşkilatın sisteminin köhnəldiyini deyib.

Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun daimi üzvləri tənqid edərək, Şuranın ən əsas funksiyasını yerinə yetirə bilmədiyini deyib: "Sistem korrupsionerdir, köhnəlmişdir, təmsilçi gücündən məhrumdur, sülh və təhlükəsizliyi , günahsız insanların həyatını qorumaq kimi ən əsas funksiyasını yerinə yetirə bilmir. Daimi üzvlər 1945-ci ildə onlara verilmiş veto hüququndan sui-istifadə edirlər."


Müəllif: Arzu

Oxşar xəbərlər