4 İyul 22:21
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev iyulun 12-də Pakistana iki günlük səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyus İnternəşnl” qəzeti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində İlham Əliyev Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və ordunun Baş Qərargah rəisi Asim Munirlə görüşəcək.

Xarici işlər nazirləri Ceyhun Bayramov və İshaq Dar arasında da ikitərəfli əməkdaşlıq məsələləri üzrə danışıqlar planlaşdırılır.


Müəllif: Teleqraf.com