8 İyul 16:32
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın nə noyabrdan əvvəl, nə də sonra Ermənistana müdaxilə etmək kimi planı var.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan hakimiyyəti və cəmiyyətində belə bir xof yaranıb ki, guya noyabra qədər Azərbaycanla sülh və ya çərçivə sazişi imzalanmasa, Bakıda keçiriləcək COP-29-dan sonra yeni müharibə başlayacaq. Ermənistanın qərbpəsərt siyasətçiləri və ekspertləri Baş nazir Nikol Paşinyana təklif edirlər ki, noyabra qədər İrəvan Avropa İttifaqına üzvlüklə bağlı Brüsselə rəsmi müraciət ünvanlasın, əks halda, Rusiya və KTMT Ermənistanı qorumaq istəməyəcək və bu ərazi itkisinə səbəb olacaq.

Təklifin arxasında o “məntiq” dayanır ki, Rusiyanın bacarmadığını Avropa İttifaqı bacaracaq və Azərbaycan ordusuna yeni mövqelərdə möhkəmlənməyə mane olacaq. Avropa İttifaqının bunu necə edəcəyi maraqlıdır”, - ekspert bildirib.

Məsələnin ikinci tərəfinə gəlincə, Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanın nə noyabrdan əvvəl, nə də sonra Ermənistana müdaxilə etmək kimi planı var, başımız işğaldan azad olunan ərazilərdə quruculuq işlərinə qarışıb:

“Bundan başqa, şərti sərhəddə strateji yüksəkliklər nəzarətimiz altındadır, bundan artığı bizə lazım deyil. O başqa məsələdir ki, Paşinyanın tam nəzarət edə bilmədəyi Ermənistan ordusundakı “5-ci kolon”un hərbçiləri yenə Azərbaycan tərəfə atəş açarlarsa, bunun onlar üçün ağır nəticələri olacaq və bu halda qarşı tərəf həqiqətən ərazi itkisi ilə üzləşə bilər.

Baş nazir və ətrafı COP-29-dan sonra müharibə və növbəti məğlubiyyət təhlükəsindən bu qədər qorxurlarsa, bunun sadə yolu var: Paşinyan vəd etdiyi konstitusiya dəyişikliyini reallaşdırmalı, ən azı referendum yolu ilə qonşuların ərazilərinə iddia edən bəndləri əsas qanundan çıxarmalıdır. Bu, noyabdan əvvəl və sonra müharibə ehtimalını ortadan qaldıracaq. Bir şərtlə ki, Paşinyan ordusunu da təxribatçı elementlərdən təmizləsin. Əks halda, hətta sülh müqaviləsi də Ermənistan ordusundakı təxribatçıları Azərbaycanın mövqelərinə atəş açmaqdan dayandırmaya bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər