9 İyul 18:44
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

İrəvan Vaşinqtonda NATO sammiti çərçivəsində Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüşün keçirilməsi ilə bağlı razılığın olmadığını açıqlayıb.

Qeyd edək ki, 9 iyul 2024-cü il tarixində, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər