13 İyul 14:14
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ Dövlət katibinin vasitəçiliyi ilə keçirilmiş görüşündə sözsüz ki, tərəflər bütün məsələləri müzakirə emtək imkanı qazanır. Dövlətlərarası münasibətlərin bərpası tarixi sülh müqaviləsi ətrafında mövqelərin yaxınlaşması ilə bağlı açıqlama verildi. Təbii ki, bütün hallarda dövlətlərarası münasibətlərin bərpa olunması istiqamətində atılan addımlar önə çəkilməlidir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Bunun üçün sülh müqaviləsinin bağlanmasının vacib bir amil olduğunu tərəflər qeyd edir. Ümid edirik ki, bu istiqamətdə problem olmayacaq. Əsas razılıq əldə edildikdən sonra xırda detallar üzərində işləyib ortaq qərar qəbul etmək olar”, - deyə o əlavə edib.

Partiya sədri hesab edir ki, bütün hallarda bu məsələlər ətrafında müzakirələr aparılmalıdır:

“Azərbaycan tərəfi öz problemlərinin həlli istiqamətində çalışmalıdır. Çünki əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz açıldıdıqdan sonra digər məsələlərin həllinə də tezliklə nail olmaq mümkündür”.

Fazil Mustafaya görə, hər iki tərəfin artıq iradəsi bəllidir:

“Əsas odur ki, hədəfə çatmaq mümkün olsun. Bununla da yekun nəticəyə gəlinsin. Ona görə də, Azərbaycan və Erməni tərəfinin sülhə yaxın olduğunu söyləmək olar. Bu baxımdan təxirə salınmadan, gələcəkdə problemlərin böyüməməsi üçün bu addımlar atılmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər