Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonda NATO sammiti çərçivəsində Amerika lideri Co Baydenlə görüşdən məyus olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Zelenskinin narazılığına səbəb Baydenin Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaması olub.
Jurnalistlərin fikrincə, Bayden Ukrayna liderinə bu məsələ ilə bağlı danışıqları davam etdirməyin zəruri olduğunu deyib.
Lakin qeyd edilir ki, bu bəyanat Ukraynanın gələcəkdə Rusiya ərazisində Amerika silahlarından istifadəsinə icazə verilməyəcəyi anlamına gəlmir. Eyni zamanda, Baydenin cavabı göstərir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə hücum icazəsi hələ çox uzaqdadır.
Xatırladaq ki, iyulun 11-də məlum olub ki, Zelenski ABŞ prezidenti Co Baydendən Rusiya ərazisinə zərbələr endirmək üçün silahdan istifadəyə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edib.