17 İyul 13:36
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı YAP-ın siyahısında keçmiş deputatlar Cavid Osmanov və Elnur Allahverdiyevin adı yoxdur. Aydın Hüseynovun isə dairəsi dəyişdirilib.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, YAP İdarə heyətininü üzvü Musa Quliyev deyib.

Qeyd edək ki, YAP İdarə Heyətinin bu gün qapalı iclası keçirilib və 125 seçki dairəsinin hamısından namizəd irəli sürüləcəyi elan edilib. Siyahının yaxın müddətdə açıqlanacağı gözlənilir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər